KSM üzrə növbəti seminar keçiriləcək


Procter & Gamble Azerbaijan Services LLC, Avrasiya Əməkdaşlıq Fondu vəBritish Council Azərbaycanda Korporativ Sosial Məsuliyyətin (KSM) inkişafına həsr edilmiş seminar təşkil edirlər. Seminar CSR ekspertləri və Türkiyədən dəvət edilmiş mütəxəssislər – xanım Melike Özener, cb. Serdar Dinler və xanım Ayşegül Hatay tərəfindən təşkil ediləcəkdir.



 
 Xanım Melike Özener P&G’s Turkey, BK və Almaniya təşkilatlarında çalışıb. 2000-ci ildən etibarən o, Gilette, Braun və duracell üçün kateqoriyalı ER meneceri, regional ER meneceri (Qafqaz və mərkəzi Asiya respublikaları - CCAR) və CEEMEA regional ER meneceri vəzifələrində çalışıb. 2008-ci ilin oktyabrından o,  Türkiyə üzrə ümumi əlaqələr və imic məsələləri üzrə menecer (CC və R) və CCAR meneceri təyin edilib. O, davamlılıq və CSR üzrə spiker kimi təlim, panel və sertifikasiya sessiyalarında  iştirak edib. 
 
 Cb. Serdar Dinler British Council  təşkilatında 22 il ərzində xarici əlaqələr üzrə menecr kimi çalışıb. Türkiyənin korporativi sosial məsuliyyət assosiasiyasının təsisçisi və direktorlar şurasının sədridir (CSR Türkiyə). CRS Türkiyə təşkilatı 2005-ci ildə davamlı inkişaf və sosial uğurdan xəbərdarlıq məsələləri üzrə həm yerli, həm də qlobal korporativ məsuliyyətin inkişaf etdirilməsi məqsədi ilə təsis edilib. Cb. Dinler Türkiyədə bir neçə QHT-nin işində fəal iştirak edir və yerli və beynəlxalq səviyyədə CSR üzrə təlim proqramlarının hazırlanması və həyata keçirilməsində kifayət qədər təcrübə əldə edib.  
 
Xanım Ayşegül Hatay 2004-cü ildən etibarən Türkiyə özəl seaktorunun ilk CSR icraçıları üçün məsləhətçi kimi çalışıb və maraqlı şəxslərin cəlb edilməsi və CSR hesabatı üzrə beynəlxalq standartlara dəstək vermişdir. Hazırda, CSR məsləhətçisi kimi, o, Türkiyə şirkətlərinin CSR menecmentinin hesabat vermə prosesi ilə əməkdaşlığa cəlb edilib. O, FMCG, Bankçılıq və Qaz, B2B sənaye və telekommunikasiya sektorları arasında biznes hesablarının portfelini idarə edir. O eyni zamanda Kadir Has Universitetində CSR Sertifikasiya proqramlarını idarə edir.
Seminar zamanı bizim məruzəçilər aşağıdakı mövzuları əhatə etdilər:
    * Ümumi korporativ məsuliyyət fərqləri
    * Davamlılıq
    * korporativ vətəndaşlıq
    * Maraqlı şəxslərin (tərəflərin) cəlb edilməsi
    * CSR məsələləri üzrə şəffaflıq və hesabat vermə
    * Türkiyədə əldə edilən ən yaxşı təcrübə və nümunələr (Akbank, Turkcell, Tüpraş və Coca Cola)
    * Dünya üzrə ən yaxşı təcrübə və müqayisəli analiz
    * Digərləri
Seminar 7 iyun 2010-cu il tarixində saat 9:30-dan 14:00-a qədər Park Inn otelinin Nəsimi otağında keçiriləcək və baş-başa məsləhətləşmələrlə müşayiət ediləcəkdir.
Bu seminar CSR, İctimaiyyətlə Əlaqələr və Marketinq menecerləri üçün, o cümlədən digər biznes peşəkarları və QHT liderləri üçün maraqlı olacaqdır.
Seminar pulsuzdur. İştirak etmək istəyirsinizsə, şirkətinizin / təşkilatınızın adı, tutduğunuz vəzifə və CSR-lə maraqlanmağınızın səbəbini göstərməklə qısa informasiyanı akazimov@epfound.az ünvanına göndərin. mak.az