MBASK siğorta şirkətində dəyişiklik


MBASK şirkətinin səhmdarları arasında qarşılıqlı razılığa görə, şirkətin Natella Mikuçadzeyə, Cəmil Məlikova və Unibank KB-yə məxsus olan səhmləri MBASK şirkətinin əsas səhmdarı olan Eldar Qəribov tərəfindən satın alınıb. 


Yerinə yetirilən tranzaksiyalar nəticəsində şirkətin səhmdarlarının strukturu dəyişib və hazırda, qiymətli kağız sahiblərinin siyahıları sistemindən çıxarışa əsasən, şirkətin səhmdarları kimi Eldar Qəribov (səhmlərin 70%-i) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) çıxış edirlər. Bu AZ 1001003693 saylı ISIN kodla təsdiq edilir. 

MBASK SŞ səhmdarlarının dəyişməsi şirkətin strategiyasına və operativ işinə əhəmiyyətli dəyişikliklər gətirməyəcək. Əvvəlki kimi, onun fəaliyyətinin başlıca prioriteti bazarda aparıcı mövqelərin qorunub saxlanması, müştərilərə xidmət göstərilməsinin yüksək səviyyəsinin formalaşdırılması və keyfiyyətli sığorta məhsullarının və xidmətlərinin satışına kompleks yanaşmadır. lent.az