Rebrendinq yox, “rebeyininq” lazımdır!!!


Bəli rebrendinq əla vasitədir. Şirkətə ikinci nəfəs qazandırır.
Amma bu özünü rəng və atributlarda yox, mövqeləndirmə və korporativ mədəniyətdə göstərməlidir.

Demişdik axı bizdə hər şey dəblədi. Geyim də, aksesuar da, təhsil də, karyera da... hər şey... axır vaxtlar marketinq yaman dəb olub. Yerindən duran marketinqdən bir kəlmə kəsməmiş oturmur daha yerinə. Şirkətlərimiz də marketinqə qarşı daha mərhəmətlə və şəfqətli olmağa başlayıb. Olmayanlar marketinq departamenti formalaşdırır. Olanlar da yavaş yavaş marketinqi “adam yerinə qoymağa başlayır”. Onu satışdan ayırır, maliyənin asılılığından xilas etməyə cəhd edir.

Nəysə sözüm onda şirkətlərimiz marketinqin alətlərinə meyl etməyə başlayıb. Marketinqin reklamdan başqa da işlərinin olduğu, bu işdə araşdırma və markalaşma kimi mövhumların olduğu da qəbul edilməyə başlayıb. İndi də başlayıblar xırda-xırda tətbiq etməyə. Amma bu DƏB bəlası burada da bizdən əl çəkmir. Bu aralar Azərbaycan şirkətlərinin marketinq fəaliyətlərini incələyən olsa marketinqin REBRENDİNQdən ibarət olduğunu düşünə bilər.

İndi dərd burasındadır ki, bu və rebrendiqi xilas sayan şirkətlər marketinq ədəbiyatında REBREDİNQi “ağ atlı şahzadə” olaraq görüb amma həmin bölmədə arxa səhifələri oxamayıblar. Oxusaydılar görərdilər ki, rebrendinq sadəcə logo, ad, sloqan, rəng dəyişməklə olmur. Bunlar atributdur və sadəcə simvolik məna ifadə edir. Rebrendinq özünü şirkətin fəaliyətində, keyfiyət anlayışında, müştərilərlə münasibətlərində, bir sözlə bütünlükdə korporativ mədəniyətdə əks olunmadığı müddətcə faydasız xərc və səndələmədən ibarətdir. Çünkü rebrendinq şirkət haqda formalaşmış qavrayışları (perception) dəyişdiyi üçün işlərbir müddət qaydasında getməyə bilər.

Bəli rebrendinq əla vasitədir. Şirkətə ikinci nəfəs qazandırır. Amma bu özünü rəng və atributlarda yox, mövqeləndirmə və korporativ mədəniyətdə göstərməlidir. Korpoativ mədəniyət isə personalın bilik, bacarıq və davranışı ilə formalaşır.

Yəni rebrendinq yetərli deyil cənablar, beyinlərdə dəyişiklik edin... ya da REBEYİNİNQ edin!

Vüsal Qəmbərov
17.08.2008
mənbə