Stiv Cobs Apple-ın maraqlı məqamlarından danışıb


Apple-ın icraçı direktoru Stiv Cobs rəhbərlik etdiyi şirkətlə bağlı ictimaiyyəti daha çox maraqlandıran suallara cavab verib.
İcraçı direktor qeyd edib ki, o hələ iPhone smartfonundan əvvəl planşet kompüter yaratmağı düşünürdü. 2000-ci illərin əvvəlində Newton-la bağlı yaşanan uğursuzluqdan sonra S. Cobs fiziki klaviaturası olmayan multisensor ekranlı qurğu haqqında düşünürdü. Qurğunun prototipi işlənib hazırladıqdan sonra o bu cür interfeysli mobil telefon yaratmaq fikrinə gəlib və nəticədə iPhone smartfonu işıq üzü görüb, Cnews yazır. 


S. Cobs hesab edir ki, hazırda dünya ənənəvi personal kompüterin yalnız bir qrup istifadəçilərə lazım olacaq bir eraya qədəm qoyur.
Apple şirkətinin əsas fəaliyyətinin istehlakçı seqmentinə yönəlməsi ilə bağlı sualı cavablandıran icraçı direktor hər bir istehlakçının öz malını özü seçdiyini qeyd edib. Korporativ seqmentdə isə vəziyyət başqa cürdür. Burada istifadəçiyə özü seçmədiyi məhsul verilir.

Google-la aparılan rəqabət məsələsinə toxunan S. Cobs onun rəhbərlik etdiyi şirkətin iPhone smartfonlarında Google axtarış sistemindən və əlavələrdən imtina etmək niyyətində olmadığını bildirib. Həmçinin Apple internet-axtarış sahəsində də Google-la rəqabət aparmağı planlaşdırmır. S. Cobs qeyd edib ki, məhz Google ilk dəfə smartfon sahəsində Apple-la rəqabətə başlayıb.

Apple rəhbəri Google Chrome haqqında danışmaq istəməyib, çünki “bu əməliyyat sistemi hələ hazır deyil”.
İcraçı direktor Adobe şirkəti ilə Flash texnologiyasına dair yaranmış vəziyyətə də açıqlıq gətirib: “Biz dəfələrlə Adobe şirkətindən xahiş etmişik ki, bizə Flash-dən daha keyfiyyətli bir məhsul təklif etsinlər, lakin onlar bizim bu istəyimizi ödəməyiblər. Nəticədə bu məsələ ətrafından fəal danışıqlar bir qədər vaxt bundan əvvəl, iPad planşeti təqdim olunandan sonra başlayıb. Biz Adobe-la bazarda mövqeyə görə mübarizə aparmaq istəməmişik və hazırda da bu haqqında düşünmürük. Sadəcə olaraq Apple bir məhsulun istifadə olunmamasına dair texnoloji qərar qəbul edib”. mincom.gov.az