Reklam adıyla stadiondan atıldılar

Johannesburg'dakı Soccer City stadionunda oynanan matçda 36 Hollandiyalı qadın tərəfdar "illegal reklam" etdikləri səbəbiylə stadiondan xaric olunublar.
bavaria 1
Buna səbəb onların Hollandiyanln məşhur pivə brendi Bavarianın reklamını etmələrindən şübhələnmələriymiş. Narıncı rəngdə geyinmiş coşğulu azarkeş xanımları ekranda göstərdikdən sonra, 40a qədər təhlükəsizlik xidmətinin əməkdaşı onların üstünə hücum çəkib. Zorla stadiondan xaric edilən azarkeşlərdən biri hətta yaralanıbdır. Polisdə uzun müddətli sorğuya çəkilən tərəfdarlardan eyni sualı- Bavariya ilə əlaqələrinin olub olmamasını dəfələrlə və israrla soruşublar. 


Xanımlardan bir çoxu şiddət və təhqirlərə məruz qaldığı üçün ağlamağa başlayıbdır. Polis bu növ reklamın CAR'da qadağan olunduğunu və cinayət işinin açıldığını açıqlayıbdır. 


Xatırladaq ki, geyimlərdə heç bir marka aşkar olunmayıbdır, bütün hadisələr sırf narıncı rəngə görə yaşanıbdır.
FIFA isə rəsmi sponsorlardan başqa, digər şirkət logolarının stadionda görünməsinə qarşı kəskin mövqedədir.