Simens şəxsi bank yaradır


AFP-nin məlumatına əsasən Alman sənaye şirkətlər qrupu olan Simens bank lisenziyası almaq üçün müraciət etmişdir. Bu vasitəsə ilə Simens öz çox saylı maliyyə ehtiyatlarını daha yaxşı yerbəyer etmək imkanı əldə edəcəyinə ümid edir. Hal-hazırda korporasiyanın  sahib olduğu likvidliyin həcmi 9 milyard avro civarında hesablanır.  Bundan əlavə kompaniya öz maliyyə xidmətləri bölmələri tərəfindən təqdim olunan məhsullar spektorunu (çeşidini) də genişləndirmək istəyir.

Folksfagen, BMV  kimi digər alman korporasiyalarından fərqli olaraq, Simens pərakəndə xidmətlər göstərmək fikrində deyil, o, öz maliyyə xidmətlərini yalnız iri sənaye müştərilərinə yönəldəcək.
Şirkətin maliyyə məsələləri üzrə direktoru Cou Kaiserin (Joe Kaeser) sözlərinə görə, şirkət keçmişdən nəticə çıxararaq öz ehtiyatlarını digər banklara etibar etməmək qərarına gəlmişdir. “Nəzərə alsaq ki, ölkədə maliyyə sahəsində ki, qanunvericilik kifayət qədər şəffaf deyil, bizi böyük problemlərə ilişdirmək olardı”. - Kaiser deyir.
Onun dediklərinə istinad etsək, şirkət bank lisenziyası əldə etdiyi təqdirdə, hətta ölkənin mərkəzi bankında da öz maliyyə ehtiyatlarını yerləşdirmək hüququ əldə edəcəkdir. Kaiser əlavə etdi ki, lisenziya qısa müddət ərzində onlara lisenziya ayrılacaq.
Simens şirkəti nəqliyyat maşınqayırması sahəsində fəaliyyət göstərən, tibbi və energetika avadanlıqları istehsal edən ən iri beynəlxalq miqyaslı konsenlərdən biri olub, həmçinin də məişət texnikası istehsalı ilə məşğuldur.
banker.az