Birinci Xanım Mehriban Əliyeva ad gününü qeyd edir

http://4.bp.blogspot.com/_Hff2uSXAaNA/THXtZPk4oeI/AAAAAAAAA8s/PoYW2gdw9Go/s1600/13042_1092808900895_1846716376_194731_1903545_n.jpg
Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir.
Mehriban Əliyeva Bakıda məşhur ailədə anadan olub. Atası Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-92-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
90-cı illərin ortalarında Mehriban Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu Fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) "Azərbaycan-İRS" jurnalını nəşr etdirir.
Bu nəşrin sayəsində, Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə - musiqi, arxitektura, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi təmsil olunmağa başlayıb.

Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən bu günədək rəhbərlik edir. Fondun məqsədi Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. "Biz məktəblərin maddi-texniki bazasından başlamışıq. Beynəlxalaq təşkilatlara, böyük şirkətlərə müraciət edib bildirmişik ki, ilk növbədə kənd yerlərində olan kiçik məktəblərə kömək göstərilməsinə ehtiyac var. Birgə səylərlə son illər ərzində zəruri avadanlıqla təchiz edilmiş 300-ə yaxın müasir məktəb tikilib. Fondun xəstə uşaqlara köməyin göstərilməsi ilə bağlı xüsusi proqramı var. Bizə köməyə ümidlərini itirən zaman müraciət edirlər. Mən hər belə uşağın taleyini şəxsən izləməyə çalışıram. Bizim qaydalarımızdan biri: Fonda edilən müraciətlər oxunmalıdır, təhlil edilməlidir və hər biri üzrə konkret qərar qəbul etmək lazımdır", - Fondun növbəti ildönümünün qeyd olunması zamanı bildirilib.

Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirməyə, layihələrin miqyasını genişləndirməyə, onların həyata keçirilməsində əlavə resursların cəlb olunmasına imkan verir.
Azərbaycan mədəniyyətinin populyarlığı və təbliği məqsədi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ bütün dünyadan olan çoxsaylı qonaqları ikinci Beynəlxalq Musiqi Festivalına yenidən qəbul edib. Tədbir zamanı bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılmasına sadiqliyə, mədəniyyətlərarası dialoqun inkişafına istiqamətlənən yorulmaz səylərə, mədəni müxtəlifliyin möhkəmlənməsinə böyük töhfə verdiyinə və YUNESKO ideyala və məqsədlərinə sadiqliyə görə Mehriban xanım Əliyeva bu təşkialtın "Mosart Medalı" ilə təltif edilib.

Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir, eləcə də dünyanın məşhur mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliklərə malik Nəsrəddin Tusinin "Əxlaqi-Nasir" əsəri latın qrafikasında yenidən nəşr edilib, "Azərbaycan" kitab fotoalbomu və əksər türk ölkələrində populyar olan "Qabusnamə" kitabının rus variantı hazırlanıb, "Azərbaycan muğamı" multimediya məcmuəsi və "Muğam dünyası" kitabı buraxılıb. Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində "İntizar" operasının yeni quruluşda premyerası keçirilib.

Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə açılan müasir incəsənət Muzeyi fəaliyyət göstərir. "Belə muzey lazım idi. Biz öz-özlüyündə incəsənət predmeti olan bir şey yarada bildik: ciddi şəkildə müəyyənləşdirilmiş marşrut yoxdur, muzeyə gələnlər kolleksiyalara istədikləri kimi baxa bilərlər. Muzey labirinti xatırladır, lakin insan bu labirintdən çıxışı axtarıb tapmaq belə istəmir. Hər halda, mənim təəssüratlarım məhz belədir. Və mən ümid edirəm ki, muzeyin qonaqları da bu unikal atmosferi hiss edəcəklər", - muzeyin açılışında deyilib.
Fondun başqa ölkələrdə nümayəndəlikləri var və o Azərbaycandan kənarda da bir çox layihələri uğurla həyata keçirir. Belə ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə iyunda Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum keçirilib.
Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında, zaman keçdikcə və iqlim təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərib. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.
Fond xarici ölkələr - Yunanıstan, Polşa ilə əməkdaşlığını genişləndirir. İyulda Heydər Əliyev Fondu və Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb. Fondun planında Bakıda Fransanın Azərbaycandakı səfirliyi ilə birlikdə fransız məktəbinin açılması da var.

Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən belə humanitar proqramların effektivliyininin güclənməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi özünün vəzifəsi hesab edir.
Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən "Müharibə və mədəni-tarixi abidələrimiz", "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.
2004-cü ilin avqustunda Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşmıəramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəkı genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib.
Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsulliyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO nizamnamələrində qeyd olunduğu kimi qeyri-siyasi institutlardır. Eyni zamanda bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır.

Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması uçun fürsətdir.
Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.

2005-ci ildə mesenantlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban Əliyeva Rusiyanın "Yüzilliyin mesenantları" Beynəlxalq Fondunun "Yaqut xaç" ordeni ilə təltif olunub. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə" xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə M.Əliyeva 2007-ci ildə "Qızıl ürək" Beynəlxalq mükafatına layiq görülüb.

Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Xanım Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku yarışının, 2005-ci ildə isə bədii gimnastika üzrə dünya çempionatının və 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb. Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri əldə edirlər.
2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elə həmin il Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə deputat seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.
14 sentyabr 2009-cu il tarixdə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.
10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva "Fəxri legionun böyük xaç komandoru" ordeni ilə təltif edilib.
Mehriban xanımın Leyla və Arzu adında iki qızı, Heydər adında oğlu, Mikayıl və Əli adında iki nəvəsi var.
trend