Bakının "Qara şəhəri"nin Ağ Şəhər layihəsi Dubayda

Bakı Ağ Şəhər Layihəsi (Baku White City) beynəlxalq Cityscape Global 2010 sərgisində təqdim edilib. Bu barədə ADEC Azerbaijan Development Company-dən məlumat verilib.



Cityscape Global 2010 IX-cu daşınmaz əmlak və investisiyalar üzrə Beynəlxalq sərginin açılışı ötən həftə Dubay şəhərində olub. Azərbaycan ilk dəfə olaraq bu sərgiyə qatılıb. Daşınmaz əmlak sahəsində çalışan beynəlxalq investorları, memarları, məsləhətçiləri, inşaatçıları, dövlət strukturlarının aparıcı mütəxəssislərini və nümayəndələrini birləşdirən ən görkəmli sərgi platformasının iştirakçıları Bakı Ağ Şəhər layihəsinin məqsəd və vəzifələri, həmçinin, Azərbaycanın geniş investisiya imkanları və ölkə iqtisadiyyatının uğurlu inkişafı haqqında məlumat əldə ediblər.

Bakı Ağ Şəhər layihəsinin nümayəndələri, eyni zamanda, beynəlxalq investisiya forumunda da iştirak ediblər. Layihənin Cityscape Global 2010 sərgisində iştirakı mütəxəssislərin və investorların böyük marağına səbəb olub.

“Mütəxəssislər Bakı Ağ Şəhər kimi cəlbedici layihənin potensialını yüksək qiymətləndiriblər. Bu layihə sərgidə iştirak edən tərəfdaşların və investorların həqiqi marağına səbəb olub”,– deyə Cityscape Global 2010 sərgisinin təşkilatçısı Vouter Molman bildirib.

“Azərbaycanın sərgidə bu qəbildən layihə ilə iştirakı ölkənizdə baş verən geniş əhatəli dəyşiklikləri əks etdirməklə yanaşı respublikanızın və paytaxtınızın beynəlxalq investisiya mühitində layiqincə təmsil olunması üçün növbəti fürsətdir”, – deyə o əlavə edib.

Cityscape Global 2010 sərgisində şəhərsalma, memarlıq planlaşdırması, qabaqcıl İT-həlləri, memari işıqlandırma, məkanın planlaşdırılması, landşaft memarlığı, yeni planlaşdırma üslubları və sair bölmələr təqdim edilib. Cari ildə Cityscape Global 2010 sərgisində Yaxın Şərq, Avropa Birliyi, Asiya, Amerika kontinenti, Afrika və Avstraliyadan üç yüzə yaxın şirkət iştirak edib.

ANSPRESS

1 şərh:

Write şərh
Anonymous
AUTHOR
18/10/14 09:30 delete

What's up, I want to subscribe for this web site to obtain newest updates,
thus where can i do it please help.

Here is my web page Resume

Reply
avatar