Bakı Ağ Şəhər (Baku White City) haqqında ətraflı məlumat



Bakıda tarixi Qara şəhərin bərpası və inkişafını nəzərdə tutan Bakı Ağ Şəhər Layihəsi barədə məlumatlar üç dildə yayılacaq. Bakı Ağ Şəhər şəhərsalma layihəsinin www.bakuwhitecity.com  informasiya resursunun əsas, ingilis dilli versiyasına azərbaycan və rus dillərində olan variantlar da əlavə edilib. Beləliklə, Bakının yeni, müasir mərkəzinin inkişaf perspektivləri haqqında məlumatlarla həm Azərbaycanda, həm də xarici ölkələrdə tanış olmaq mümkündür.


Bakı Ağ Şəhər Layihəsinin internet səhifəsi layihə haqqında məlumatı işgüzar və ictimai dairələrə çatdırır. Saytın ziyarətçiləri burda layihənin konsepsiyası ilə tanış ola, video proyeksiya, slaydlar və rəqəmlər vasitəsilə yeniləşmiş Bakını seyr edə bilərlər. Portalın «Baş plan» bölməsində gələcək dəyişikliklərin, o cümlədən landşaft, nəqliyyat, kommunal dəyişikliklərin və sosial infrastruktur şəbəkələrinin dəyişikliklərinin sxematik planları və, əlbəttə ki, Ağ Şəhərin ümumi planlaşdırılması daxil edilib. Portalın müvafiq köməkçi bölməsi, yerli və xarici investorlara Bakı Ağ Şəhər Layihəsi çərçivəsində investisiya şəraiti barədə məlumat təqdim etməklə, iş adamlarının da diqqətini cəlb edəcək.

Xatırladaq ki, Bakı Ağ Şəhər Layihəsi prezident İlham Əliyevin «2006-2010 illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks Tədbirlər Planının» təsdiqlənməsi barədə fərmanının icrası çərçivəsində və Bakı şəhər İcra Hakimiyyətinin «Qara şəhərin bərpası və inkişafı haqqında» sərəncamına əsasən həyata keçirilir. Bakı Ağ Şəhər Layihəsinin Baş Planı 10 universal şəhər tipli məhəllənin yaradılmasını nəzərdə tutur. Bu məhəllələrin hər birində sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait olacaq. Proyektin baş məsləhətçisi qismində mühəndis planlaması üzrə ixtisaslaşan dünya şöhrətli «Atkins» şirkəti (Böyük Britaniya) çıxış edib. Azərbaycanlı mütəxəssislərlə yanaşı, layihə üzərində işə «Foster+Partners» və «F+A Architects» kimi məşhur memarlıq şirkətləri də cəlb edilib. APA


Digər oxşar xəbərlər:


    1 şərh:

    Write şərh
    Jordans Nike
    AUTHOR
    6/11/14 11:14 delete This comment has been removed by a blog administrator.
    avatar