Azad Azərbaycan rebranding edir!

Azərbaycan teleməkanında əsasən, əyləncəli, şou-biznes telekanalı kimi tanınan ATV bu ildən etibarən mədəniyyət, incəsənət xəbərlərinə, daha ciddi verilişlərə üstünlük verəcək. Bundan başqa, bu ildən etibarən ATV-nin loqosu, dizaynı, kompüter qrafikası da dəyişiləcək.

İslahatlar telekanalın həm də verilişlərində və onların məzmununda da aparılacaq. Belə ki, bir neçə verilişlərin dayandırılması, bəzilərinin adının, məzmununun dəyişdirilməsi nəzərdə tutulur. Telekanalın şou-biznes məzmunlu, qalmaqallı, ailədaxili konfliktlərin qabardıldığı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət verilişləri ilə əvəzlənməsi gözlənilir. Bununla əlaqədar olaraq bəzi verilişlərin, təxminən 5-6 verilişin dayandırılması, bəzilərinin isə adının və ya aparıcısının dəyişdiriləcəyi gözlənilir.
Bağlanılması gözlənilən verilişlər sırasında Dilarə Əliyevanın aparıcısı olduğu «Burada və indi» (keçmiş «Çal-çağır» verilişi) adlı proqramın da yer aldığı deyilir. Həmçinin bəzi məlumatlara görə, «Sən tək deyilsən» verilişinin bir müddət yayımı dayandırılacaq və adı dəyişdirilərək «Səni axtarıram» olacaq. Qısa müddətlik fasilədən sonra yeni adla, yeni formatda efirə çıxacağı gözlənilir.

Milli.Az