Azərbaycanda daha bir bank yaradılır

http://www.fincaazerbaijan.com/images/finca_logo.jpg

«Finca-Azerbaijan» qeyri-bank kredit təşkilatı yaxın iki il ərzində banka transformasiya olunmaq niyyətindədir. Bunu təşkilatın direktoru səlahiyyətlərini icra edən Maniş Sane (Manish Sane) bildirib.

M.Sanenin sözlərinə görə, hazırda universal bank lisenziyasının alınması ilə bağlı Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparılır.

M.Sane bildirib ki, lisenziya ilə bağlı «Finca-Azerbaijan» tərəfindən AMB-yə rəsmi müraciət olunmayıb.
«AMB-nin nümayəndələri «Finca-Azerbaijan»a bank lisenziyasının verilməsində müsbət fikirdədir. Hesab edirik ki, yaxın iki il ərzində «Finca-Azerbaijan» bank lisenziyası alacaq», - deyə M.Sane qeyd edib.


APA