“İlin ən yaxşı PR-xidməti” müsabiqəsinin başlanması elan edildi

“Press-reliz Yayım Xidməti” 2010-cu ilin nəticələri üzrə “İlin ən yaxşı PR-xidməti” müsabiqəsinin başlanmasını elan edir.
Artıq beşinci dəfə baş tutacaq müsabiqə “Alfa Alliance Group” Kommunikasiya Agentliyinin və “Anadolu Media” şirkətinin dəstəyi ilə keçirilir.

Müsabiqənin məqsədləri: Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR- və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi; PR-xidmətlərinin fəaliyyətindəki müsbət təcrübənin yayılması; biznes strukturları ilə KİV-lərin daha da yaxınlaşmasına yardım.
İştirakçıların göstəriciləri aşağıdakı nominasiyalar üzrə baxılacaqdır:


Əsas nominasiyalar:
- 2010-cu ilin ən yaxşı mətbuat xidməti (dövlət strukturları)
- 2010-cu ilin ən yaxşı PR-xidməti (qeyri-kommersiya təşkilatları)
- 2010-cu ilin ən yaxşı PR-xidməti (şirkətlər)
Bu nominasiyaların qalibləri müvafiq kateqoriyalar üzrə (dövlət strukturları, qeyri-kommersiya təşkilatları, şirkətlər) iştirakçılar sırasından müəyyənləşdirilir.

Sahə nominasiyaları:
Sahənin 2010-cu il üzrə ən fəal PR-xidməti
Bu nominasiya üzrə qaliblər aid olduqları sahədə fəaliyyət göstərən şirkətlərin PR-xidmətləri sırasından müəyyənləşdirilir: idarəedici şirkətlər (maliyyə-sənaye qrupları, holdinqlər); energetika; telekommunikasiya; informasiya texnologiyaları; sənaye istehsalı; inşaat; bank; sığorta; otel biznesi; riteyl; distribütorluq; servis.

Nəticələrin qiymətləndirilməsi
Qiymətləndirmə iştirakçıların göstəricilərinin aşağıda sadalanan hər bir fəaliyyət istiqaməti üzrə ayrı-ayrılıqda müqayisə edilməsi və 10 ballıq sistemlə qiymətləndirilməsi yolu ilə aparılır:

* KİV-lə iş;
* Digər PR fəaliyyəti (təqdimatların keçirilməsi; sərgilərdə iştirak və s.);
* Xeyriyyəçilik tədbirlərində və sponsorluq layihələrində iştirak;
* Şirkət (təşkilat)- daxili PR sahəsində həyata keçirilmiş layihələr.


“İlin ən yaxşı PR-xidməti” müsabiqəsi
“İlin ən yaxşı PR-xidməti” müsabiqəsi 2006-cı ildən “Press-reliz Yayım Xidməti” tərəfindən təşkil olunur. Bu il müsabiqə ilk dəfə olaraq “Alfa Alliance Group” Kommunikasiya Agentliyinin və “Anadolu Media” şirkətinin dəstəyi ilə keçirilir.

“Press-reliz Yayım Xidməti”