Ramstore rebrandingi 2 ay çəkəcək



Bildiyiniz kimi Ramstore mağazalar şəbəkəsinin adı dəyişilərək BazarStore olub. Həmçinin şirkət yeni konsepsiya ilə fəaliyyətə başlayıb. Belə ki, BazarStore hamının alış veriş edə biləcəyi məkana çevrilir. Satış şəbəkəsində qiymətlər digər yerlərdən daha münasibdir. Artıq gəlirindən aslı olmayaraq hər kəs BazarStore-un müştərisi ola biləcəkdir.

Həmçinin ilin sonunadək biri Bakıda, digəri Gəncədə olmaqla şirkətin daha iki mağazası açılacaqdır. Bakıdakı yeni market böyük ehtimal əhalinin sıx olduğu ərazidə - Əhmədli, Yasamal və ya Qaradağ -da açılacaqdır. 

Rebrendinq prosesinin isə 2 aya başa çatdırılması nəzərdə tutulur.  Şirkətin yeni www.bazarstore.az ünvanlı veb saytının tez bir zamanda fəaliyyətə başlaması üçün də hazırlıq işləri görülür.


əlaqəli yazı:
Azərbaycandakı Ramstore neçəyə satıldı?