Vakansiya: Brendlər Departamentinin Müdiri

Vəzifənin adı:
“Brendlər Departmentinin Müdiri” (Brand Senior Manager)

Tələblər:
- Universitetlərin Qida mühəndisliyi, Beynəlxalq Ticarət, Biznesin təşkili və idarəedilməsi və İqtisadiyyat fakultələrindən məzun, Marketinq sahəsində magistr təhsili,
- FMCG (gündəlik tələbat malları) sektorunda marketinq və markaların idarəedilməsi mövzularında ən az 5 illik iş təcrübəsi,
-Bazar və istehlakçı araşdırmaları, marketinq büdcəsi, qida bazarı və satış kanalları mövzularında təcrübəli,
-Yenilikləri və inkişafı sevən,
-Güclü ünsiyyət qabiliyyətlərinə sahib və müştəri fokuslu,
-Təqdimat texnika və bacarıqlarına sahib olan,
-Planlama və təşkilatçılıq bacarıqlarına sahib olan,
-Təhlil qabiliyyəti yüksək olan,
-Gərgin iş rejiminə davam gətirə bilən,
-İngilis və rus dillərini yüksək səviyyədə bilən
-MS Office proqramlarını yüksək səviyyədə bilən,
-Sosial medianı fəal şəkildə istifadə edə bilən,
-Ölkə içərisində ezamiyyətlərə gedə bilən,
-B kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan şəxslər Azərsun Holdinqdə “Brendlər Departmentinin Müdiri” (Brand Senior Manager) vəzifəsinə işə dəvət olunur.


Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Senior Brand Manager” yazaraq cv@azersun.com ünvanına göndərilməsi xahiş olunur.

Son müraciət tarixi: 25.04.2011