AtaHoldinq -ə yeni sədr təyin olunub

“AtaHoldinq” ASC-yə yeni İdarə Heyəti sədri təyin olunub. Artıq sədr vəzifəsini Fərid Fuad oğlu Əsədov icra edir.

Xatırladım ki, Fərid Əsədov 2002-ci ilin avqust ayından 2004-cü ilin mart ayına qədər Beynəlxalq Sığorta Şirkətində İşgüzar Əlaqələr və Marketinq şöbəsinin müdiri, 2004-cü ilin aprel ayından isə Satış və Marketinq departamentinin direktoru vəzifələrində çalışıb.
Fərid Əsədov 2005-ci il tarixindən “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2007-ci il tarixindən isə  "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.