“My ART” kreativ dizayn layihəsi

http://www.myart.az/images/slide-3.jpg 
“My ART” kreativ dizayn layihəsi geyim mağazasının vitrinlərinin tərtibatı üzrə müsabiqə elan edir.
Müsabiqənin qalibi 1000 AZN məbləğində mükafat alacaq və sonrakı layihədə çalışmaq imkanı qazanacaq


Müsabiqədə iştirak şərtlərini əldə etmək üçün www.myart.az saytındakı ərizə formasını doldurmaq lazımdır.
Tələb olunan xüsusiyyətlər: kreativlik, bədii zövq, rəng və formaları uyğunlaşdırmaq bacarığı, ideyaları təsvir etmək məharəti (əllə çəkilmiş eskiz və ya kompüter qrafikası ilə), dəb aləminə maraq, inisiativ göstərmək üstünlüyü.

Xüsusi təhsil və əvvəllər bu sahədə təcrübənin olması alqışlanır, amma vacib deyil.

Ərizələrin son qəbul tarixi 30 aprel 2011-ci ildir.
Müsabiqə işləri 07 may 2011-ci ilədək qəbul edilir.
Nəticələr 15 may 2011-ci ilədək yekunlaşdırılacaq.

Müraciət edənlərin çox məhdud bir qismi müsabiqədə iştirak etmək imkanı qazanacaq. Bütün müraciət edənlər müsabiqənin nəticəsindən asılı olmayaraq, mütləq məlumatlandırılacaqlar.
Əlavə məlumat üçün info@myart.az.