Filankəsov Filankəs kimdir?

Son günlərdə yəqin ki, dəbdə olan «Tizer Reklamlar»la qarşılaşmısınız. 
Əvvəl uzun bir müddət «Kimdəsə hələ yoxdur, bizdəsə artıq var!» reklamı getdi. Bu reklamın rəsmi şəkildə elanından qabaq artıq kimə aid olduğu bilinirdi — KFC. Sosial Media-da — Facebook, Twitter və s. bunun söz-söhbətləri gedirdi. Nəticə heç kimin yanılmadığını göstərdi.

Növbəti tizer reklamı Embawood-a aid oldu. Nə paketlenir? (nepaketlenir.com/ ) konsepti ilə yola çıxdılar. Rəsmi şəkildə elan olunmamış yenə sosial media-da reklamın kimə aid olduğu bilindi.

İndi isə saytlara daxil olanda Filankəsov Filankəs tizer reklamı ilə qarşılaşırıq. Çox qısa müddətdir reklam gedir. Ancaq indidən kimə aid olduğunu təxmin etmək mümkündür. Bir müddətə sosial mediada artıq bu barədə məlumatlar yayılacaq, müzakirələr olacaq. Öz fikrini başqalarından eşidən insanlar bir növ fikirlərini təsdiqləyəcəklər.


Fikrimcə bu reklam Nar Mobile-a aiddir. Çünki, internetdə bu banner əksərən Nar Mobile-a aid reklam yerlərində gedir. Həm də istisnasız.

Bu yuxarıdakı reklam yeri Box.az-da həmişəki Nar Mobile 
yerindədir.

Lent.az-da da vəziyyət dəyişməyib:


Yoxlamaq üçün yadıma saldım görüm Nar Mobile-ın daha hansı saytda daimi reklam yeri var idi. Yadıma Mix.az da düşdü:


Məncə artıq hər şey aydındır. Bundan sonra reklamdakı küçəsi, 70 məsələsinin nə olduğu da müəyyən olur — Nar Mobile-ın nömrə kodu. 
Reklamın tizer olaraq qalması üçün, daha yaxşı olardıki, bir az daha pul xərcləyib fərqli reklam yerləri alınardı. Saytda eyni vaxtda həm Nar-ın öz, həm də bu tizer reklam gedə bilərdi. Bu zaman reklamın kimə aid olduğunu ən azından tapmaq çətin olardı. İndi isə sosial mediada reklamın kimə aid olduğunu danışacağıq. Bəs bu reklamın məqsədi nədir? Yaxında onu da öyrənmiş olarıq.

Yeniləmə 1:
Nəsə deyəsən serialfason bir şey edirlər:



müəllif Şaiq Muradov