Milli Gennaration

Mak.az-ın yaydığı məlumata əsasən, Türkiyədə marketinq kommunikasiya xidmətləri göstərən Genna reklam agentliyi artıq Bakıda da fəaliyyətə başlayıb. Bu agentlik sektorda uzun illər təcrübəsi olan A. Səlim Tuncer və A. Uğur Alparslan tərəfindən qurulmuşdur. Türkiyədə qida sektorundan inşaata, hava yolu nəqliyyatından elektron ticarətə qədər çoxlu sayda fərqli markaların seçdiyi ünvandır.

Hal-hazırda agentlik Türkiyədəki adət-ənənələrini burada da davam etdirərək, Genna Baku-nun qəzetini nəşr ediblər.
Gennaration adlı bu qəzetin əsas  məqsədi reklam nəzəriyyəsi və praktikası ilə oxucuları tanış etmək, dünyadan və ölkəmizdən reklam xəbərləri verməkdir. Genna Baku müştərilərinin, həmkarlarının və dostlarının məqalələrinə yer verilən Gennaration-da, bunlarla yanaşı, agentlik qrupundan yazarların da diqqətəlayiq yazılarını oxumaq mümkündür.
Qəzet onlayn formada  www.gennaration.az  saytında yerləşir.