Vakansiya: Mətbuat katibi

Tələblər:
• Yaş həddi 28-45
• Ali təhsil (Jurnalistika və ya filologiya)
• İş təcrübəsi: bu sahədə 5 ildən çox
• Dil bacarıqları (Azərbaycan və rus dillərində mükəmməl yazmaq və danışmaq)
• Təzyiq altında və iş vaxtından əlavə müddət ərzində işləmək bacarığı
• Danışıqlar aparmaq bacarığı
• Təqdimat bacarığı
• Komandada işləmək və işini vaxtında təhvil vermək bacarığı
• Yaradıcılıq

İşin qısa təsviri:
• Bütün xəbərlərin (jurnallar, qəzetlər, radio və televiziya xəbərləri, xəbər agentlikləri və tele debatlar) monitorinqini aparmaq, hadisələrin Cəmiyyətin siyasətinə, ictimaiyyətin mövqeyinə necə təsir edəcəyini qabaqcadan görmək. Kütləvi informasiya vasitələrindən gözlənilən sualların cavabını araşdırmaq və hazırlamaq;
• Cəmiyyəti təmsil etmək, media nümayəndələri ilə əlaqələri inkişaf etdirmək, press relizlər yazmaq, kommunikasiya strategiyalarını inkişaf etdirmək, media və ictimaiyyətin ünvanladığı sualları cavablandırmaq.
• Müsahibə sorğusu ilə bağlı və ya xəbərlərdə və ya proqramlarda çıxış etmək üçün radio və televiziya prodüsserləri ilə söhbət etmək;
• Rəhbərlik üçün çıxışlar hazırlamaq, İdarə Heyətinin Sədri ilə razılaşdırılmış prosedurlarla bağlı bəyanat vermək;


CV azerbaycan dilinde tertib edilmis qaydada vezifenin adini gostermekle hr@tamizshahar.az  e-mail unvanina qebul edilir.


Əmək haqqı: 500-600 AZN