Vakansiya: Brand Manager

Şirkət: Azərsun Holdinq
Vəzifə: Brand Manager
Əmək haqqı: 800- 1000 AZN

Tələblər:
-Universitetlərin Qida mühəndisliyi, Beynəlxalq Ticarət, Biznesin təşkili və idarəedilməsi və İqtisadiyyat fakultələrindən məzun, Marketinq sahəsində magistr təhsili

- FMCG (gündəlik tələbat malları) sektorunda marketinq və markaların idarəedilməsi mövzularında ən az 5 illik iş təcrübəsi
- Bazar və istehlakçı araşdırmaları, marketinq büdcəsi, qida bazarı və satış kanalları mövzularında təcrübəli
- Yenilikləri və inkişafı sevən
- Güclü ünsiyyət qabiliyyətlərinə sahib və müştəri fokuslu
- Təqdimat texnika və bacarıqlarına sahib olan
- Planlama və təşkilatçılıq bacarıqlarına sahib olan
- Təhlil qabiliyyəti yüksək olan
- Gərgin iş rejiminə davam gətirə bilən
- İngilis və rus dillərini yüksək səviyyədə bilən
- MS Office proqramlarını yüksək səviyyədə bilən
- Sosial medianı fəal şəkildə istifadə edə bilən
- Ölkə içərisində ezamiyyətlərə gedə bilən
- B kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan.

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Brand Manager” yazaraq cv@azersun.com ünvanına göndərilməsi xahiş olunur.

Müraciət üçün son tarix:
31.07.2011
Tel: (012) 514 23 18