Google Motorolanı niyə alır?


Google bu ilin əvvəlində Motorolanın tərkibindən çıxmış mobil qurğular istehsalçısı olan Motorola Mobility-ni alır. Sövdənin qiyməti Google-un tarixində ən iri sövdədir – onun məbləği 12,5 mlrd. dollar təşkil edir. Hər iki şirkətin direktorlar şurası bu alqı-satqıya artıq razılıq verib. Lakin ABŞ-ın, Aİ-nin və başqa ölkələrin antiinhisar tənzimləyiclərinin razılıqları hələ alınmayıb.
Alqı-satqı nəticəsində «Motorola Mobility»nin səhmdarları şirkətin hər səhminə görə 40 dollar alacaqlar ki, bu da səhmlərin Nyu-York Fond Birjasındakı qiymətindən 63% yüksəkdir. Google 40 mlrd.dollar azad vəsaitə sahibdir və rəhbərlik bu alqıda strateji əhəmiyyət kəsb edən bir şey görürsə, pula qənaət edən deyil. Bəs görəsən, Google-u Motorolada cəlb edən nədir?

Motorola Google əməliyyat sisteminə məxsus olan Android-in bazasında smartfonlar buraxan ilk şirkətlərdən olmuş və indi də onun əsas tərəfdaşları – HTC və Samsungla yanaşı, “böyük üçlüyə” daxildir. Lakin Motorola indiyə qədər ABŞ-da özünün Asiyalı “müttəfiqləri” ilə bərabər rəqabət apara bilibsə, dünya miqyasında Amerika şirkətinin işləri bir qədər pisdir. Bu ilin ikinci rübünün nəticələrinə görə, Samsung 17,3 mln. və HTC 11,7 mln. smartfon satmışsa, Motorola 4,4 mln. smartfon satmışdır.
Bununla belə,   Motorola Mobility Google üçün yalnız istehsal gücləri və ya bazarda payı ilə deyil, həm də dünya üzrə ən böyük mobil patent bazası ilə əhəmiyyətlidir. Motorola Mobility-nin baş direktoru Sancay Ca son rübün yekunlarından danışarkən, demişdir ki, şirkətə 17 000 telekommunikasiya patenti məxsusdur və hələ təxminən 7000 patent müvafiq orqanlarda təsdiqini gözləyir. Müqayisə üçün: Nokada 10 000, Apple-da 4500 patent vardır (Nortelin 6000 patenti nəzərə alınmasa, Apple onları Microsoft-dan almışdı).
Motorolanın 11,5%-nə nəzarət edən milyarder Karl İkan (Forbesin versiyası ilə planetin ən varlı insanları sırasında 61-ci, var-dövləti $12,5 mlrd təşkil edir) iyulun sonunda hətta patent portofilionu ayrıca bölməyə ayırmağı təklif edirdi. Nəticədə analitiklər Motorolanın Android əsasında istehlakçılar arasında olan məxfi sülh sazişini pozaraq Samsung və HTC patent ayırmaları tələb edəcəyindən şübhələndilər. Beləliklə, Google-la olan razılaşma tamamilə gözlənilməz oldu.
Motorolanın patentləri Google-un smartfon bazarında “patent müharibələrində” özünü inamlı aparmağa hiss etmək imkanı verir.  İndiyə kimi Google çox hissəsi əsas fəaliyyəti axtarışlarla bağlı olan ancaq 500 patent sahibi idi. Nəticədə Google və onun Androidlə bağlı partnyorları intellektual mülkiyyət üzrə müdafiələr ilə bağlı iddialar yığını ilə üzləşdi. Belə ki, Apple yaxın zamanda ABŞ-da HTC smartfonlarının satışını bağlaya bilər. Google hətta Microsoftu  Apple ilə əlbir olmaqda günahlandırdı: güya əvvəlki qatı düşmənlər birləşiblər və dünya bazarında payı 50%-ə yaxınlaşan Android-in uğurlu inkişafına mane olmağa çalışırlar
Google artıq bəyan edib ki Android pulsuz yayılmaqla açıq sistem olaraq qalacaq, Motorola Mobility bölməsi isə ayrıca biznes kimi ayrılacaq.  Bu sazişə həsr olunmuş konfrans telefon danışığı zamanı, Google-un baş direktoru Larri Peyc qeyd etdi ki, Android ailəsinin digər üzvləri olan ən əvvəl Samsung və HTC narahat olmamalıdırlar: Motorola ilə sazişdən hamı qazanc əldə edəcək.    Androidin bütün partnyorları sözdə bu sazişə razıdırlar. Lakin onların Motorola ilə bərabər Android əsasında smartfonları irəli çəkə bilmələri sual olaraq qalır.
Motorolanı almaqla, Google virtual dünyadan real dünyaya ilk ciddi addımını atır: indiyə kimi yeganə cəhd HTC və Samsungun Google brendi altında buraxdıqları Nexus smartfonları seriyası idi.  İndi isə Google Apple ilə ancaq smartfonların əməliyyat sistemi bazarında deyil, qurğuların özlərinin bazarında da rəqabət aparacaq.