Yeni EMPORIUM konsept mağazasının açılışı




Avqustun 22-də Bakıda Neftçilər prospekti 153 Port Baku ünvanında yeni
Emporium konsept mağazasının açılacağını sizə bildirməyimizə şadıq.
Burada siz müasirliyin nəbzini hiss etdirəcək, dəbdə, dizaynda, musiqidə və incəsənətdə ən aktual olanları tapacaqsınız. Aparıcı brendlərdən və gənc dizaynerlərdən son kolleksiyalar, ətriyyat və kosmetikadan niş markalar, proqressiv musiqi və xüsusi incəsənət nəşrləri. Launj zona və kafe unikal formatı tamamlayır, art-məkan isə buranın sərgilər, prezentasiyalar və kokteyl-partilərin mərkəzi olacağından xəbər verir.
Emporium art-direktoru Sabina Kristensen əsas konsepsiyanı belə izah edir:
"Yeni mağaza bu günə qədər təqdim olunanlardan tam fərqli yenilikləri tanımaq və hiss etmək imkanı verəcək. Məzmun, ideya, təqdimat bizim üçün böyük əhəmiyyət daşıyır. Biz daim ən yeni, aktual və maraqlı olanların axtarışındayıq. Belə yerlər o qədər də çox deyil dünyada... Parisdə, Londonda, Milanda, Nyu-Yorkda, Tokioda. Bakı tendensiyalara qarşı çox həssasdır. Əminik ki, layihə cox uğurlu alınacaq".
Emporium müəllif layihəsi kimi, müxtəlif ölkələrdən olan və dəbə ümumi ehtirasla bağlanmış peşəkarların yaradıcı qrupunun əsəridir. Daim yenilik və aktuallıq axtarışı, unikallıq yaratmaq istəyi layihənin fəlsəfəsidir. Bu, ikinci Emporium mağazasıdır və öz seqmentində ən böyük layihə olaraq, tamamilə novatorluq kimi qiymətləndirilir.
Yapon dizayn bürosu Garde müxtəlif üslubları – avanqard, eklektika, minimalizm və etnikanı birləşdirərək, 2500 kvadratmetrlik üçmərtəbəli mağazanı əsl müasir sənət əsərinə çevirib. Mərmər və perforasiya olunmuş metal, maili podiumlar və fərdi tərtib edilmiş kornerlər, naviqasiya panelləri və nəhəng monitorlar müasirlik ruhunu mükəmməl ötürür.
"Emporium layihəsi üzərində iş bizim üçün əsl yenilik idi. Əvvəllər miqyasına görə bundan onlarla dəfə böyük layihələr reallaşdırsaq da, Emporium məzmun və konsepsiyasının innovativliyi baxımından bizim üçün unikaldır"
– Garde-nin memarı Yukio İşiyama belə deyir.

Mağazanın fasadındakı 6 vitrin və 2 nəhəng monitor Bakı buxtasına açılır və hətta ən sərraf zövqü belə heyrətə gətirir. Vitrinlərin dekorasiyalarını Britaniya studiyası Elemental UK hazırlayıb. Studiyanın qənaəti ilə, vitrinlərin hər birinin öz istiqaməti var, onlardan yaranan ümumi təəssürat isə vahid trendi əks etdirir.
"Biz bu layihəyə kommersiya layihəsi kimi deyil, müstəsna yaradıcılıq layihəsi kimi yanaşdıq. O, bizim komandanı cuşa gətirdi. Ən xırda detallara ayrıca əhvalat kimi yanaşmaq, onların hər birini inkişaf etdirmək, doğrudan, maraqlı idi"
- Elemental UK-in layihələr üzrə meneceri Qloriya Frampton belə şərh edir.

Mağazanın əsas dekorativ aksenti perforasiya olunmuş metaldan işıqlandırılan konstruksiyalardır. Bu ornament ənənəvi Azərbaycan motivlərindən istifadə ilə hazırlanmışdır. Metalın üzərindəki naxışlar BMW zavodlarından birində lazerlə işlənmişdir. İnteryerin bütün elementləri italyan studiyalarının eskizləri əsasında məxsusi olaraq Emporium üçün yaradılıb. Əl işi olan çilçıraqları, minimalistik dəri divanları və yumşaq xalıları da bu sırada qeyd etmək olar.

Mağaza tematik zonalara bölünüb. Birinci mərtəbə qadın və kişi geyimi kolleksiyaları, aksessuarlar və həm ətriyyat, həm də gözəllik vasitələri təqdim edən byuti seksiya üçündür. İkinci mərtəbə geyim, alt geyimləri, kafe və fərdi şoppinq otaqlarına ayrılıb. Üçüncü mərtəbədə musiqi, kitablar və foto əsərləri tapa bilərsiniz.

Yeni mağaza 150-dən çox müxtəlif brendi təqdim edir. Bunlar təkcə podiumların əsas trendsetterlərinin kolleksiyaları deyil, həm də dünyanın hər yerindən olan gənc dizaynerlərin işləridir: Prada, Dsquared, Fendi, Stella McCartney, Marc Jacobs, Chloe, Givenchy, Balmain, Michael Kors, Victoria Beckham, Roberta Furlanetto, Mary Katrantzou, Faith Connexion, Rag and Bone, Vince, The Row, twenty8twelve by Sienna Miller, Ksubi kimi.

Emporium sizin üçün dəbə yeni baxış açır. İlk dəfə olaraq, Bakıda Belçika, Amerika, Yaponiya, Fransa, İngiltərə və İtaliyadan Mantu, Tory Burch, Peter Som, Yigal Azrouel, Amen, Christopher Kane, Carven, Haute Hippie, Dries Van Noten, Carlos Miele, Roland Mouret, Herve Leger, Sakai, Marios Scwab, Derek Lam, Simon Spurr, Thom Browne tək intellektual markalar təqdim ediləcək.

Şübhəsiz, ixtisaslaşdırılmış sahələr xüsusi diqqətə layiqdir: denim, ayaqqabı və aksessuarlar, alt geyimi. Emporium-da denimi ən aktual cins brendləri təqdim edir: AG Jeans, Edwin, J Brand, LGB, Superfine, Made and Crafted, Naked and Famous. Alt geyimi kornerində sizi Andres Sarda, La Perla, Chantal Thomas, ID Sarrieri kolleksiyaları heyrətə gətirəcək.

Vizual merçandayzinq üzrə mütəxəssis Anna-Mariya Mozelli Emporium üçün işini belə təsvir edir:
"Emporium bənzərsiz yer alındı. Bir tərəfdən konseptual cəhətdən kamil, digər tərəfdən tamamilə sərbəst və hərtərəfli. Layihənin başlanğıcında Emporium-un dəvəti ilə ilk dəfə Bakıda olurdum. Burada məni tamamilə azadlıq və hərtərəflilik hissi bürüdü. Alexander McQueen-də işləyərkən, dizaynerin ideyalarına "yoluxurdum" və onların gücünü öz kompozisiyalarımda əks etdirirdim. Burada mən daha çox istiqamət, daha çox ideya duyuram".
Ətriyyat və kosmetika bölməsi Bakıda əvvəllər təqdim edilməmiş unikal markaları təklif edir. Ətriyyat, kosmetika və gözəllik vasitələri üzrə niş brendlər Juliette Has a Gun, Kilian, Penhaligon's, Becca, Odin, Philip B, The Different Company, Boadicea, Dr Sebagh, Anne Semonin buradadır.

Kitab bölməsində fəşn, fotoqrafiya, səyahət və həyat tərzi barədə xüsusi nəşrlər seçmək olar. Launj zonada nadir musiqi kompozisiyalarını və trend miksləri dinləmək, öz pleylistini yığmaq olar. Burada DJ sizin üçün Emporium-dan xüsusi seçmələri səsləndirir.

Kafenin dəniz görünüşü eksklüziv çay və kofe növlərindən, şirniyyatlardan hədsiz həzzə zəmanət verir.

Emporium heyəti hər zaman sizə yeni, maraqlı və aktual olanların axtarışındadır. Sizin üçün yaradılmış ilham mənbəyinə baş vurun. Bizim kimi, siz də yaradıcı və daimi axtarışlardasınız. Modaya və onun hər cür ifadəsinə ehtirasımızı paylaşın!