Bakıda açılacaq yeni brand mağazaların siyahısı

Artıq uzun müddətdir təmirə bağlanan, Nərgiz Ticarət Mərkəzində  açılacaq yeni brand mağazaların siyahısı təqdim edilmişdir. 

Xatırladım ki, Brendlər Retail Group Azerbaijan-a məxsusdur. Retail Group Azerbaijan pərakəndə geyim satışı sektorunda bazar lideridir. Bu, pərakəndə satış üzrə böyük təcrübə sahibi Alhokair Fashion Retail və yerli bazarı çox gözəl bilən ISR Holdinq-in düzgün işbirliyinin gözəl nümunəsidir.
ISR Holdinqin əsası 1995-ci ildə qoyulub. Holdinqin təsisçisi və prezidenti İsveçrə, Rusiya, Azərbaycan və Türkiyə ofisləri ilə müxtəlif coğrafi regionlarda fəaliyyət göstərən şirkətlərdən ibarət dinamik və müxtəlif holdinq şirkəti strukturu yaratmışdır. ISR Holdinqin fəaliyyət istiqamətlərinə nəqliyyat, ticarət, istehsal, otel biznesi, daşınmaz əmlak, avtomobil biznesi kimi sahələr daxildir.


Alhokair Fashion Retail MENA (Orta Şərq və Şimali Afrika) regionunda pərakəndə françayzinq üzrə bazar lideridir. Şirkətin 1200 geyim mağazası və pərakəndə autletləri, 80-dən çox beynəlxalq geyim şirkətinin françayzı və 4500-dən çox işçisi vardır. Alhokair Fashion Retail şirkəti 1990-cı ildə qurulub və son illər şirkətin böyümə və sürətli inkişaf potensialını bir daha sübut etmişdir.


Mövzu ilə əlaqədar: Nərgiz Ticarət Mərkəzi niyə boşaldılır?

1 şərh:

Write şərh
Jordans Nike
AUTHOR
6/11/14 09:05 delete This comment has been removed by a blog administrator.
avatar