ZQAN Holdinqə yeni sədr təyin olunub


“ZQAN Holdinq”in idarə heyətinə yeni sədr təyin olunub. Şirkətin idarə heyətinin sədri vəzifəsini Vaqif Həsən icra edəcək.

Qeyd edək ki, indiyədək o, “Qarant Sığorta” şirkətində eyni vəzifəni daşıyıb. “ZQAN Holdinq” Azərbaycanın Bakı şəhərində uğurlu və dinamik idarəetmə şirkəti kimi fəaliyyət göstərir. “ZQAN Holdinq” ZQAN Şirkətlər Qrupuna daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir.



ZQAN Şirkətlər Qrupu inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.

http://www.gun.az/economy/13718