Ads 468x60px

Bəyəndiklərim

ARXİV

Dəstəkləyək

www.president.az

PR Specialist

14.9.11

Bakıda açılacaq yeni brand mağazaların siyahısı

Artıq uzun müddətdir təmirə bağlanan, Nərgiz Ticarət Mərkəzində  açılacaq yeni brand mağazaların siyahısı təqdim edilmişdir. 

Xatırladım ki, Brendlər Retail Group Azerbaijan-a məxsusdur. Retail Group Azerbaijan pərakəndə geyim satışı sektorunda bazar lideridir. Bu, pərakəndə satış üzrə böyük təcrübə sahibi Alhokair Fashion Retail və yerli bazarı çox gözəl bilən ISR Holdinq-in düzgün işbirliyinin gözəl nümunəsidir.
ISR Holdinqin əsası 1995-ci ildə qoyulub. Holdinqin təsisçisi və prezidenti İsveçrə, Rusiya, Azərbaycan və Türkiyə ofisləri ilə müxtəlif coğrafi regionlarda fəaliyyət göstərən şirkətlərdən ibarət dinamik və müxtəlif holdinq şirkəti strukturu yaratmışdır. ISR Holdinqin fəaliyyət istiqamətlərinə nəqliyyat, ticarət, istehsal, otel biznesi, daşınmaz əmlak, avtomobil biznesi kimi sahələr daxildir.


8.9.11

ZQAN Holdinqə yeni sədr təyin olunub


“ZQAN Holdinq”in idarə heyətinə yeni sədr təyin olunub. Şirkətin idarə heyətinin sədri vəzifəsini Vaqif Həsən icra edəcək.

Qeyd edək ki, indiyədək o, “Qarant Sığorta” şirkətində eyni vəzifəni daşıyıb. “ZQAN Holdinq” Azərbaycanın Bakı şəhərində uğurlu və dinamik idarəetmə şirkəti kimi fəaliyyət göstərir. “ZQAN Holdinq” ZQAN Şirkətlər Qrupuna daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir.