Ads 468x60px

Bəyəndiklərim

ARXİV

Dəstəkləyək

www.president.az

PR Specialist

22.12.11

Ofis icarəsi üçün ən optimal variant axtarışında


Bakı şəhərindəki çoxsaylı biznes mərkəzlərində öz zövqünə və imkanına uyğun ofis sahəsi seçmək yerli biznesmenə o qədər də asan başa gəlmir: hər bir ofis mərkəzi özünəməxsus infrastruktur, funksional və sırf estetik xüsusiyyətinə malikdir.

Müxtəlif səviyyəli biznes mərkəzi üçün əsas meyarlar nədən ibarətdir? Optimal təklif seçərkən nəyə diqqət yetirmək lazımdır? Bakı şəhərində “ofis kvadratının” icarəsi neçəyə başa gəlir?

18.12.11

Bakcell Azərbaycanda gənclərin mobil sahibkarlığını dəstəkləyir


logo.png (231×49)
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti 13-16 dekabr, 2011-ci il tarixlərində keçirilən “Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” adlı beynəlxalq konfransın rəsmi tərəfdaşıdır. Konfransın əsas məqsədi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq, Azərbaycanda gənc sahibkarları dəstəkləmək məqsədilə gənc biznes inkubatorların yaradılması üzrə beynəlxalq təcrübəni bölüşməkdir.
Mobile Monday (MoMo) Bakı layihəsinin bir hissəsi olan konfrans Bakcell və Alcatel-Lucent şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Xəzər İnvestisiya Mərkəzi (XİM) tərəfindən təşkil edilir.