Yeni nəsil marketoloqlara olan tələblər


Media məkanı dəyişir və marketoloqlar da onunla bərabər dəyişir. Bu gün müvəffəqiyyətli olmaq üçün hətta iki il qabaq olduğundan daha çox biliyə malik olmaq lazımdır.  Və əlavə olaraq bazarı hiss etmək və nə isə yenilik tapmaq çox vacibdir. 
Əgər siz əvvəl hər hansı bir dar sahədə biliyə malik, məsələn direct, analitika yaxud PR, marketinq üzrə müvəffəqiyyətli mütəxəssis olmusuzsa, indiki zamanda bu yetərli deyil, deyə ABŞ universitetində media məktəbinin “İnteqrasiya edilmiş marketinq kommunikasiyaları” kafedrasının kafedra müdiri və dekan müavini Tom Kollincer (Tom Collinger) qeyd edir.
Sabahkı günün marketoloqları geniş bilik sahibləri olmalıdırlar: yeni texnologiyaların yaranması ilə ayaqlaşmaq o qədər də asan deyil, yeni vasitələr daim yaranır və hər ehtimala qarşı onları yadda saxlamaq lazımdır. Ən mürəkkəb məsələlər ehtiyatların bölüşdürülməsi və maliyyənin idarə edilməsidir. Marketoloqlar bu biznes-proseslərin necə işləməsini də başa düşməlidirlər.

Analiz   

Russell Reynolds Associates rekrutinq şirkətinin marketinq üzrə direktoru Endryu Heyz (Andrew Hayes) hesab edir ki, əslində nə istədiklərini heç vaxt bilməyən istehlakçılar üçün məhsulların və xidmətlərin təkmilləşdirilməsini proqnozlaşdırmaq imkanı olmalıdır, trendlər interpretasiya və məlumatlar analiz olunmalıdır. 
Və ROİ-nin vacib tərkib hissəsi olan məlumatlar haqqında unutmayın.  ROİ-ni analiz etmək və büdcəni necə idarə etməyi başa düşmək qabiliyyətində olan marketoloqlar şirkətdə daha müvəffəqiyyətli mütəxəssis olurlar, - deyə, Heyz əlavə edir.
Harvard biznes məktəbinin işgüzar inzibatçılıq və marketinq şöbəsinin rəhbəri Sunil Qupta (Sunil Gupta) hesab edir ki, yeni nəsl marketoloqlar üçün məlumatların dərindən analiz edilməsi həlledici rol oynayır. Analiz nə qədər dərindən edilsə, şirkətin imkanları bir o qədər çox olur.

Çeviklik   

Rekrutinq zamana, inkişafa, dəyişikliklərə uyğunlaşır. Məsələn, General Mills həmişə yaxşı nəticə əldə edən və marketinq komandasını ruhlandırmağı bacaran marketoloqları axtarırdılar. İndi bura mütləq çevikliyin olması da əlavə olunur.  Biz sadəcə bu gün idarə etməyi bacaranı deyil, sabah baş verəcəklərə uyğunlaşmağa bacaranları axtarırıq.
Digitalı dərindən başa düşmək 
Yeni nəsl marketoloqların bütün texnoloji mürəkkəblikləri bilməsi vacib deyil, lakin onların yeni digital və sosial media-vasitələr haqqında təsəvvürləri olmalıdır. Onların mövcud trendlər haqqında biliyi, dizayn haqqında bir qədər anlayışı, HTML5 haqqında təsəvvürü və sairə olmalıdır.

Media-miks  

Cənub metodika universitetinin müəllimi Patrisiya Alvey (Patricia Alvey) qeyd edir ki, onlar gənc mütəxəssisləri elə hazırlayırlar kı, onlar ilk növbədə istehlakçıların davranışlarını başa düşə bilsinlər. Texas universitetində marketoloqların tədrisinə kompleks şəkildə yanaşmadan istifadə edirlər.  Bizdə digital üzrə mühazirə proqramları var, lakin onlar digər kurslara daxil ediliblər, deyə reklam kafedrasının rəhbəri İzabella Kanningem qeyd edir (Isabella Cunningham).
Heyzin (Hayes) fikrinə görə marketoloqlar ənənəvi reklamı unudaraq ancaq rəqəmsal və sosial mediada bir yerə cəmləşməməlidirlər: Digital bu gün böyük pullar qoyulan sahədir, lakin ənənəvi reklam heç vaxt müştərilərin marağından yayınmayacaqdır.  
Rəhbərlərə çox vaxt inteqrasiya olunmuş marketinq imkanlarından istifadə edə bilən, yəni marketinq vasitələrinin bütün kompleksindən effektiv idarə etməyə bacaran əməkdaşlar maraqlıdırlar.  İnteqrasiya olunmuş marketinq əsas istiqamət kimi inkişaf edir və məsələ eyni zamanda onlayn və offlayn işləməyi bacaran adamları tapmaqdan ibarətdir. 

Təcrübə 

Tədris vasitəsi ilə yeni nəsl marketoloqu hazırlamaq mümkündür, lakin elə maneələr var ki, onların öhdəsindən ancaq təcrübə hesabına gəlmək olar.  Əgər sizin klassik marketinq təhsiliniz varsa, bu o deməkdir ki, siz sahənin incəliklərini dərk etmək üçün hələ çox oxumalı olacaqsız.
Artıq bir neçə il dalbadal marketinq sahəsinin mütəxəssisləri ən çox tələb olunanlardandırlar.  Antal Russia rekrutinq şirkətinin məlumatına görə, 2011-ci ildə təxminən 51% təşkilatlar marketinq şöbəsinə yeni əməkdaşları götürmək fikrində olmuşlar.