Washington və New York- da Xocalı soyqırımıyla bağlı posterlər asılıb

Vaşinqton və Nyu-Yorkun mərkəzi küçələrində üzərində Xocalı soyqırımına dair məlumatları əks etdirən posterlər asılıb.


Fevralın 23-dən etibarən Azərbaycan Amerika Alyansı (AAA)  küçə, poster və digər aksiyalar vasitəsilə azərbaycanlılara qarşı yönəlmiş cinayət haqqında dünyanın iqtisadi mərkəzi olan Nyu-York və siyasi mərkəzlərindən biri olan Vaşinqton sakinlərini məlumatlandırır.
Posterlər Nyu-Yorkun 4 min fərqli məkanında - avtobus dayanacaqlarında, avtobusların üzərilərində, metro stansiyalarda və qatarlarda, o cümlədən mərkəzi küçələrdə
yerləşdirilib.

Kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlerdən tutmuş ABŞ konqresmenlərinin bəyanatları, Xocalı soyqırımına həsr olunmuş film və digər təbliğat tədbirləri həyata keçirilir.

 “Washington Post”, “New-York Times”  qəzetlərində 26 fevral sayının bütov bir səhifəsi Xocalı soyqırımına həsr olunacaq. Həmçinin “Washington Post”, “New-York Times”  və “Politico” dərgilərinin internet səhifələrində 1 həftə müddətində Xocalı soyqırımı ilə bağlı pop-up yerləşdirəcək. Təkcə bu pop-up vasitəsilə bu saytları ziyarət edən 10 milyona yaxın insana xocalı həqiqətləri çatdırılacaq.
Nyu York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib. Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yaöışdırılıb.
top_azerbaijan_logo.png (223×97)Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”-ə gedən avtobuslarda posterlər yerləşdirilib. Yalnız bu tədbirlərlə kampaniya müddətində ən azı 50 milyondan artıq insanın bu poster və bannerləri görməsi gözlənilir.

Həmçinin Xocalı soyqırımını daha böyük müstəviyə, ABŞ-ın xarici siyasətində prioritet məsələlər dairəsinə çıxarmaq üçün AAA-nın saytında xüsusi bölmə yaradılıb. Milliyətindən və vətəndaşlığından asılı olmayaraq hər bir kəs bu bölməyə daxil olaraq ABŞ prezidentinə və konqresmenlərinə “Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində yüksək prioritetə malik olmalıdır ” adlı məktub göndərə bilərlər. Saytda həmçinin Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapır.

Amerika Alyansı təsisçisi Anar Məmmədov Xocalı həqiqətlərini, azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan Amerika Alyansının bu kampaniyaya başladığını bildirib.

“Kampaniya bir neçə mərhələdən ibarətdir. Tədbirlər ardıcıl olaraq bir neçə həftə ərzində ABŞ-ın müxtəlif küçələrində, insanların çox toplanan yerlərində keçiriləcək. Bundan başqa posterlər yapışdırılacaq və soyqırım haqqında məlumatlandırıcı kitabçalar paylanacaq”























Xəbər: http://www.gun.az/karabakh/30558 
Fotolar: http://azerbaijanamericaalliance.org/gallery/khojaly_commemoration?cat=3