“Collezione” Azərbaycanda fəaliyyətə başlamaq niyyətindədir

“Collezione”nin İdarə Heyətinin üzvü Emre Akyiğit  fəaliyyət göstərməyə hazırlaşdığı ölkələrin adlarını açıqlayıb.

E.Akyiğitin sözlərinə görə, mövcudluğu qısa müddət ərzində əhəmiyyətli inkişaf yolu keçmiş “Collezione” firması artıq qlobal brendə çevrilmək və bu istiqamətdə ciddi addılar atmaq qərarına gəlib.
“Collezione”nin böyümə planları haqqında danışan E.Akyiğit artıq firmanın Azərbaycan, Qazaxıstan, Rusiya, ABŞ da daxil olmaqla 30 ölkədə müəlliflik hüququnun rəsmən təsdiqləndiyini deyib.

E.Akyiğit əlavə edib ki, firma fəaliyyətə başladığı ölkələrdə ilk öncə bu və digər hüquqi prosedurlardan keçməli. Ardınca isə digər məsələlər həll olunmalıdır. “Collezione” rəsmisi firmanın ölkə xaricində həyata keçirəcəyi fəaliyyətin də uğurlu alınacağına inandığını bildirib.