NAB Holding öz sığorta şirkətini yaradıb


"Temza Sığorta Qrupu" (Thames Insurance Group) şirkəti iyulun 26-da adını "Buta Sığorta" ASC-yə dəyişib.  Şirkətin rebrendinqi səhmdarların tərkibinin dəyişməsi ilə əlaqədardır.

Şirkətin hazırda 6 səhmdarı var. Bunlar "Bank of Baku", "Baku Electronics", "Baku Service Company", "Auto Azerbaijan" və "Qafqaz Lizinq"dir.
Səhmdar şirkətlər NAB Holding'ə məxsus brendlərdir.