Dəmirbankdan yeni AYKART


DəmirBank taksitli kartı olan AYKART haqqında ilkin məlumatları öz veb səhifəsindən elan etmişdir. 
Aykart nədir?

Aykart – bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (xidmət haqqı olmadan) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır.


Aykart-ın istifadə imkanları:

Əsas: DəmirBank-la Tərəfdaş olan ticarət / xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran və s.) mal və xidmətlərin dəyərini Aykart ilə ödəmək olar. Yaranan borc faiz hesablanmadan Banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 3, 6 və ya 12 aya ödənilir.

Əlavə: DəmirBank-la Tərəfdaş olmayan ticarət / xidmət yerlərində və İnternetdə hər ay 100 manatadək məbləğdə mal və xidmətlərin dəyərini Aykart ilə ödəmək olar. Yaranan borc (12% komissiya ilə) Banka bərabər hissələrlə 6 aya ödənilir.

Əlavə: DəmirBank-ın bankomatlarından hər ay 100 manatadək nağd pul çıxarmaq olar. Yaranan borc (6% komissiya ilə) Banka bərabər hissələrlə 3 aya ödənilir.

Kart üzrə borc müvafiq aylar ərzində hər ayın 10-u tarixinədək Banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər.


Ödəniş müddətində borca faiz hesablanmır, lakin gecikmə olduqda cərimə faizi hesablanır.