“Novco” şirkəti birinci olub

Azərbaycan Qlobal Pərakəndə İnkişaf İndeksinin 2012-ci il göstəricisinə görə 17-ci sırada yer tutub.

“Azərbaycan: imkan pəncərəsi” adlı qeyddə bildirilib ki, Azərbaycanda aşağı bazar dolğunluğu, çox az güclü yerli oyunçuların olması burada beynəlxalq oyunçular üçün əlverişli mühit yaradır.

Hesabatda qeyd edilib ki, istehlakçılar hələ də bazar, market və kiçik dükan kimi ənənəvi formalara üstünlük verirlər. Gözəllik və şəxsi qayğı üzrə birbaşa satış da çox güclüdür. Bu sahədə “Oriflame” firması bazarın 50%-ni tutur.

Hesabatda bildirilib ki, bir çox beynəlxalq pərakəndə satış mağazaları yerli investorlarla nümayəndəlik anlaşması çərçivəsində fəaliyyət göstərir.

Jurnal pərakəndə satış üzrə ilk olaraq “Novco” şirkətini (Benetton and Lacoste) qeyd edib.

Daha sonra isə Sinteks (Gucci, Dolce&Gabbana, Burberry, Ferragamo, Ermenegildo Zegna) şirkətinin adı qeyd olunub.

Hesabata görə, Al Hokair qrup genişləndirmə çərçivəsində debütünü Gürcüstanda açdıqdan sonra Azərbaycan bazarına daxil olacaq.

“Keçən il Azərbaycanda “Zara” mağazası açılıb. Bazardakı digər pərakəndə mağazalarına gəlincə isə, Baskın-Robbins, Debenhams, Dunkin Donuts, GNC, KFC, L’Occitane, MIgros Türk, Mothercare və Tom Ford mağazalarını göstərmək olar”.

Qeyd edək ki, siyahıda birinci yerdə Braziliya qərarlaşıb. Türkiyə həmin siyahıda 13-cu yeri tutub.

Gün.Az