Bank Respublikadan PayKart və ya növbəti Balkart böhranı?

Bugün Bank Respublikanın bonus xüsusiyyətlərinə malik "PayKart" adlı bonus sistemini tətbiq edəcəyi haqqında xəbərə rast gəldim.

Sektor daxilində olanlar taksit- bonus sistemiylə əlaqəli bankların gecə- gündüz çalışdığını artıq 1-2 ildir bilirlər. Hər kəs yenilik etmək, bazara unikal bir məhsulla çıxmaq istəyir. Məhsulun texniki və sistem cəhətdən yaradılma prossesi görülən işin keyfiyyətinə görə aylarca bəzən illərcə çəkir.
Texniki yaradılma prossesi ilə yanaşı təbii olaraq məhsulun branding prossesidə davam etdirilir. Bu müddət ərzində isə reklam agentliyi, rəhbərlik və marketinq departamenti tərəfindən bəyənilən, gözəl səslənən, əlaqəli-əlaqəsiz onlarla hətta yüzlərlə adlar fikirləşilir və bunların içindən yenə onlarcasının istifadə edilmə hüquqlarını əldə etmək üçün Patent üzrə Dövlət Komitəsinə müraciət edilir, mümkün olduğu təqdirdə beynəlxalq və yerli domen adları alınır. Bu girişi verməkdə məqsədim bir bankın patent və ya domen adını istifadə etməsə belə niyə qeydiyyatdan keçirdiyiylə bağlı bilməyənləri məlumatlandırmaq idi.
 Belə ki, Bank Respublikanın PayKartla bağlı xəbərini gördükdən sonra www.paykart.az –a daxil oldum, sayt çalışmırdı nəticədə domen adının kimin adına qeydiyyatdan keçirildiyini yoxladım və fərqli bir bankın adını – DemirBank’ı görmək məni heç təəcübləndirmədi. Dediyim kimi, böyük ehtimal naming zamanı ilkin mərhələdə bu ad bəyənilibdir və qeydiyyatdan keçirilibdir.

mənbə: www.whois.az 

Xatırlayanlarınız olacaqdır oxşar domen və patent problemi keçən il BankofBaku və Bank Standard arasında yaşanmışdı və BankofBaku çeviklik göstərərək məhsul bazara çıxmadan öncə kiçik və uğurlu bir düzəlişlə məhsulunun adını “BalKart”dan “Bolkart”a keçirdi.
(bu hadisədən bir neçə ay sonra domen adı BankofBaku tərəfindən alındı)

Bu situasiyada isə eyni halın təkrarlanması gözlənilmir ən azı ona görə ki, DəmirBank məhsulunu başqa adla – AYKART’la bir həftə öncə bazara çıxarıbdır. Digər adlar artıq bir o qədər əhəmiyyət kəsb etmir onlar üçün. Həm də indiki məqamda PayKart'ın adı, logosu bəllidir. Deməli branding işləri həyata keçirilib, hətta mətbuata press reliz verməklə kommunikasiya planlarının da hazır olduğu qənaətini yaradıblar.

Bütün hallarda adın nə olmasından asılı olmayaraq, bütövlükdə respublikada nağdsız ödənişlərə keçidin təmin edilməsi üçün çıxan hər bir məhsul iqtisadiyyatımız üçün şəffaf, təhlükəsiz və beynəlxalq standartlara cavab verən ödəniş sistemləri infrastrukturunun tamamlanmasına gətirib çıxaracaq.



 Bank Respublika Press Reliz.
Bank Respublika PayKart bonus sistemini tədbiq etməyə hazırlaşır.
30.07.2012
Tezliklə Bank Respublika-nın plastik kart sahibləri üçün unikal PayKart bonus sistemi işə salınacaq. Bank Respublikanın istənilən plastik kart sahibləri avtomatik qaydada bu proqramın iştirakçılarına çevriləcək.
Sistemin işləmə prinsipi kifayət qədər sadə, aydın və effektiv olacaq. Bankın yeni sistemi nağdsız hesablaşmalar üçün nəzərdə tutulub və tərəfdaşların bütün mağazaları, ticarət və xidmət nöqtələrində tədbiq oluna bilər.

Bank Respublika 20 illiyi ilə əlaqədar hər alış-veriş zamanı bonus “PAY”larını maksimum sayda hədiyyə etməyi nəzərdə tutub.
“PayKart” sistemi barəsində əlavə və daha ətraflı məlumat Bankın korporativ saytında və KİV-də dərc olunacaq.