Rixos Hotel Azərbaycana gəlir


Türkiyənin lüks sinif otellər şəbəkəsi ”Rixos” 2013-cü ilə qədər Quba şəhərində otel açmağı palnlaşdırır. Bu barədə şirkətin məlumatında bildirilir. 

“2012-ci ilin sonuna qədər “Rixos”un daha bir mülkiyyəti Bakıdan 168 km məsafədə, Şahdağın şimal- şərq yamacında yerləşən Quba şəhərində yaradılacaq”- deyə məlumatda qeyd olunur.

Bununla “Rixos”un otellərinin sayı 21-ə çatacaq.
Hazırda “Rixos”un otellərinin əksəriyyəti Antaliyada və Mərkəzi Anadolunun Konya və Ankara əyalətlərindədir.