«Texnikabank»ın rebrendinqinə start verilib


Azərbaycanın «Texnikabank» səhmdarlarının növbədənkənar yığıncağı keçirilib.

Yığıncaqda bankın rebrendinqi ilə bağlı məsələlər müzakirə olunaraq rebrendinqin aparılması barədə qərar qəbul edilib.

Xatırladım ki, bu ilin Mayın 7-də “Texnikabank” ASC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Ümumi yığıncağın qərarı ilə Ülvi Eldar oğlu Mansurov “Texnikabank” ASC-nin İdarə Heyətinin sədri seçilib.