«Texnikabank»ın adı dəyişdi

“Texnikabank” bundan sonra bank sektorunda fəaliyyətini yeni adla davam etdirəcək. Bankın adı dəyişdirilərək “Bank Technique” olub. Vergi orqanlarında müvafiq qeydiyyat prosesini başa çatdırıb.
Adın dəyişməsi bankın brend siyasətinə yenidən baxılması ilə bağlıdır.

Bankdan bildirilib ki, adın dəyişməsi yalnız ilk addımdır və yeni brend siyasətinin reallaşması istiqamətində daha miqyaslı işlər, o cümlədən korporativ imicin dəyişməsi nəzərdə tutulur.

Artıq Bakı şəhərində yerləşən filiallarda da reklam işlərinin həyata keçirilməsinə başlanılıbdır. Həmçinin yeni www.banktechnique.az veb saytının açılması üçün də hazırlıq işləri görülür.