Andrev Pospielovsky Azərbaycanı tərk edir


AccessBank İdarə Heyətinin sədri vəzifəsinə Michael Hoffmann təyin edilib. Ondan qabaq bu
vəzifəni tutan Andrev Pospielovsky gələcək karyera planları ilə əlaqədar olaraq ailəsi ilə birlikdə
xarici ölkəyə köçdüyü üçün vəzifəsini tərk edib.


Andrev Pospielovsky
AccessBank İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmazdan əvvəl Michael Hoffmann 2005-ci ildən 2012-ci ilədək Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) çalışıb və 2007-ci ilin iyul ayında Samara şəhərində təsis edilən AYİB-ın Volqayanı federal əyalətindəki ofisinə rəhbərlik edib. Ofisin rəhbəri qismində M.Hoffmann iri korporasiyaları, özəl sektor müştərilərini və regional bankları əhatə edən yeni biznes sahələrinin inkişafına görə məsuliyyət daşıyıb.

Cənab Hoffmann öz karyerasına 1996-cı ildə Almaniyanın 10 ən qabaqcıl banklarından biri olan HSH Nordbank AG bankında başlayıb və burada o, Tallin Nümayəndəlik Ofisinin Rəhbəri vəzifəsində Baltika ölkələrində (Estoniya, Latviya və Litvada) Bank biznesi üzrə öhdəlikləri icra edib. Buradakı fəaliyyəti müddətində o, Baltikyanı və Skandinaviya ölkələrində iri korporativ və maliyyə institutlarının maliyyələşdirilməsini təmin edib.


Michael Hoffmann
Cənab Hoffmann, həmçinin, Chevrolet Niva markalı avtomobil istehsal edən və Tolyatti şəhərində yerləşən Avtovaz və General Motors şirkətlərinin GM-AvtoVaz birgə müəssisələrinin Direktorlar Şurasının üzvü olub (2008-2012).

O, Çikaqo Universitetinin biznes sahəsində MBA dərəcəsinə, Booth School of Business və Kil Universitetinin iqtisadiyyat üzrə diplomuna malikdir.
O, həmçinin Münster Universitetində politologiya və slavyan dilləri üzrə təhsil alıb.

Cənab Hoffmann milliyyətcə almandır və alman dilindən əlavə, ingilis və rus dillərini də mükəmməl bilir.

1 şərh:

Write şərh
Jordans Nike
AUTHOR
6/11/14 09:04 delete This comment has been removed by a blog administrator.
avatar