Vakansiya: İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis


Joint Leasing şirkəti İctimaiyyətlə Əlaqələr (PR) üzrə mütəxəssis axtarır.

İş barədə məlumat

- İctimaiyyətlə əlaqələrin qurulmasını təmin etmək
- Şirkətin fəaliyyətindəki yeniliklərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, press-relizlər, məqalələr yazmaq
- Tədbirlərin keçirilməsini təşkil etmək
- Korporativ nəşrlərin, reklam daşıyıcıların çapını təşkil etmək
- Rəsmi WЕB-sayta nəzarət etmək
- Yeni müştərilərin cəlb olunması istiqamətində fəaliyyət göstərmək, təqdimat görüşlərində iştirak etmək



Namizədə tələblər
- 1-3 il marketinq və ictimaiyyətlə əlaqələr sahəsində təcrübə (lizinq və bank sahəsində təcrübəsi olanlara üstünlük verilir)
- Azərbaycan dilini səlist bilməli
- İngilis dili bilənlərə üstünlük veriləcək
- İnsanlarla rahat münasibət qurma bacarığı
- MS Office proqramlarında, Power Point proqramlarında işləmək bacarığı

CV-lərinizi mövzu hissəsində "İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis" yazıb 17 Yanvar 2013 tarixinə qədər office@jointleasing.az ünvanına göndərin. 

1 şərh:

Write şərh
Jordans Nike
AUTHOR
6/11/14 11:13 delete This comment has been removed by a blog administrator.
avatar