"8 km stadionu" "Bakcell Arena" adlanacaq


Bakıdakı stadionlardan biri "Bakcell"in adını daşıyacaq Bakının Nizami rayonu ərazisində yerləşən "8 km stadionu" "Bakcell Arena" adlanacaq. "Bakcell" və AFFA stadionun adının dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.

"Bakcell" şirkəti "AFFA tərəfindən stadionun adının satılması ilə bağlı tenderdə iştirak edərək qalib gəlib. Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

"Bakcell Arena"nın brendinq prosesinə yaxın vaxtlarda start veriləcəkdir. Stadionun girişindən tutmuş tribunalara və soyunma-geyinmə otaqlarına qədər hər yer xüsusi brendinq planına uyğun olaraq yüksək səviyyədə tərtib olunacaq.

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kvadratmetr olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanmış və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilmişdir. "Bakcell"in də milli tərəfdaşı olduğu "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin bir çox oyunu burada keçirilmişdi. On bir min tamaşaçı yeri olan "Bakcell Arena" ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir.

mobiz.az

1 şərh:

Write şərh
Jordans Nike
AUTHOR
6/11/14 09:05 delete This comment has been removed by a blog administrator.
avatar