Daha bir dövlət qurumunda PR departamenti yaradıldı



“Azərsu” ASC-də yeni PR (ictimaiyyətlə əlaqələr) departamenti yaradılıb.

Verilən məlumata əsasən, mətbuat xidməti, müraciətlər şöbəsi və “qaynar xətt” xidməti bu departamentin tabeliyinə verilib. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı departamentin rəhbəri təyin edilib.
Xatırdım ki, Anar Cəbrayıllı 1998-ci ildən jurnalistikadadır. "Avrasiya", "Azernews" qəzetlərində işləyib. 2001-ci ilin oktyabrından 2011-ci ilin mart ayına qədər ANS TV-də müxbir, redaktor, aparıcı-redaktor, baş aparıcı-redaktor, iqtisadiyyat şöbəsinin müdiri, İqtisadiyyat verilişinin şef-redaktoru vəzifələrində çalışıb. 2011-ci ilin martından "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri idi.

1 şərh:

Write şərh
Jordans Nike
AUTHOR
6/11/14 09:05 delete This comment has been removed by a blog administrator.
avatar