Alfa Sığorta rebrandinqə hazırlaşır


Bu barədə “Alfa Sığorta” ASC- nin Direktorlar Şurasının Sədri Elşad Əliyev məlumat vermişdir.
“Təsisçimizin ardınca şirkət rebrendinqə hazırlaşır və biz buna yalnız loqotipin dəyişməsi kimi deyil, göstərdiyimiz xidmətlərin və apardığımız digər əməliyyatların yeni keyfiyyətlə həyata keçirilməsi kimi baxırıq”,- Elşad Əliyev bildirib.


E.Əliyevin sözlərinə görə, şirkətin iki illik strateji inkişaf planı demək olar ki, artıq hazırdır:
“Bizim strategiya – ciddi marketinq tədqiqatlarının, şirkətin şəxsi təcrübəsinin və yenilənmiş heyətin məhsuludur və adilikdən uzaqdır. Belə ki, şirkət sığorta xidmətlərinin göstərilməsini əsasən özəl sektora və fərdi müştərilərə istiqamətləndirilməsini planlaşdırır. Bunun üçün yeni, bazarda analoqu olmayan sığorta məhsullarının buraxılması prosesinə artıq başlanılır. Bir neçə məhsul rebrendinqdən dərhal sonra istehlakçılara təqdim olunacaqdır”.

Direktorlar Şurasının Sədri bildirib ki, marketinq tədqiqatlarına görə bu gün sığorta bazarı istehlakçıların əldə etmək istədikləri məhsulları təklif etmir. Sığortaçılar de-fakto müştəri maraqlarına xidmət etməklə deyil, öz risklərini minimuma endirməklə məşğuldurlar.

“Biz sığortanın bütün növlərinin inkişafını məqsəd kimi qarşımıza qoymuşuq və sığorta bazarında liderlik edən şirkətlərin onluğuna daxil olmağa çalışırıq. Baxmayaraq ki, bu gün "orta mövqedə" möhkəmlənə bilmişik. Əmlak və icbari sığorta üzrə keyfiyyətli xidmətlər Alfa Sığortanın güclü tərəfi olaraq qalacaq. Biz əminik ki, AR Maliyyə Nazirliyi avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirmək üçün, bir az əvvəl 6 ay müddətinə məhdudlaşdırılmış, hüququmuzu bərpa edəcəkdir. Eyni zamanda şirkət bu gün iqtisadiyyatın aktiv inkişaf edən, lakin lazımi sığorta təminatı olmayan sektorlarında mövqelərini gücləndirəcək. Təəccüblü olsa da, onların sayı hələ də çoxdur. Bu zaman həmin sektorlarda icbari sığorta tətbiq edilsə belə, Alfa Sığorta onlara marağını itirməyəcək. Bundan əlavə, biz Azərbaycanın lider bankları ilə onların bütün risklərinin sığortalanması haqqında danışıqlara başlamışıq və artıq bir neçə iri kredit təşkilatı xidmtələrimizə maraq göstərib”

Elşad Əliyev deyib ki, “Alfa Sığorta” özünün güclü agent şəbəkəsini yaradacaqdır.

“Belə ki, biz agent şəbəkəsinin inkişafı üzrə planı artıq təsdiq etmişik və onun inkişafı üzrə mütəxəssisləri cəlb etmişik. Artıq şirkətdə mövcud olan və yeni sığorta agentlərinin ixtisasının artırılması üçün 2013-cü ildə agent mərkəzi açmağı planlaşdırırıq”.

Qeyd edək ki, “Alfa Sığorta” ASC-nin səhmlərinin 100%-i "Bank Technique" ASC-yə məxsusdur. Şirkətin nizamnamə kapitalının ümumi məbləği 6.75 mln. manat təşkil edir.

Marja

1 şərh:

Write şərh
Jordans Nike
AUTHOR
6/11/14 09:04 delete This comment has been removed by a blog administrator.
avatar