Bakıda keçiriləcək “3D Çap Konfransı”nı ziyarət etmək üçün 5 səbəb


Fevral ayının 12-si Bakıda,”Park Inn by Radisson” otelində “3D Print Conference” konfransı keçiriləcəkdir. “3D Çap Konfransı” artıq Alma-Ata, Kiyev və həmçinin Moskva şəhərlərində təşkil olunmuşdur. Bakı şəkəri növbəti dayanacaqdır.

1. Bakı 3D çapa hazırdır. Bakı, hər bir sahədə yeniliklərə açıq bir şəhərdir. Yüksək texnologiyalı istehsal Azərbaycanın paytaxtında böyük sürətlə inkişaf edir, çoxlu innovativ tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 2014-cü ildə çox sürətlə inkişaf edən, 3D çapa həsr olunmuş konfransdır. Əgər siz də zamanın tələbi ilə uzlaşmaq və məhsulunuzu necə yeniləməyi öyrənmək istəyirsinizsə, o zaman “3D Print Conference” iştirakçıları arasına qoşulun. 
 
2. Beynəlxalq təcrübə. Bu sahənin liderləri və Rusiya, Azərbaycan, Türkiyə, Avropa, ABŞ-dan qatılacaq iştirakçılar müxtəlif çap texnikalarını nümayiş etdirəcək, “master class”lar nümayiş etdirəcəklər. Beynəlxalq səviyyədə təcrübə mübadiləsi konfransın mühüm tərkib hissəsidir. “3D Çap Konfransı”3 dildə keçiriləcək: Azərbaycan, Rus və İngilis.
 
 
 
3. Konfrans iştirakçıları sahənin liderləridir. Konfransda həmçinin demo-məkan olacaqdır. Burada mütəxəssislər printerlərin işləmə əməliyyatını göstərəcəklər.  “3D Project” portfelinə SOCAR, nüvə reaktoru, neft kəməri, neft platforması, Naftalan şəhərindəki stansiya, qaz emalı zavodu və beton zavodu layihələri daxildir. 
 
 
 
4. Konfrans proqramı. “3D Çap Konfransı”nın proqramı peşəkar heyət tərəfindən hazırlanmışdır. Çıxış edənlər arasında beynəlxalq mütəxəssislər yer alır:
 
- Anton Vedeşin, Secured3D Development (ABŞ)
- Dmitriy Postelnik, Autodesk (Rusiya)
- Furqan Bakir, 3Dörtgen (Türkiyə)
- Olqa Berejnova, Cybercom Ltd. (Rusiya)
- Tatyana Şaqova, PICASO 3D (Rusiya)
- Vasil Zakiyev, navigator/campus (Rusiya)
- Fərhad Əmirbəkov, Baku Interbank Currency Exchange (Azərbaycan) və başqaları. 
 
Konfransda iştirak edəcək spikerlərin tam siyahısını buradan əldə edə bilərsiniz. 
 
 
5. Çap edilmiş Bakı. Picasso 3D, 2014-cü ilin brendi və Rusiyada ən yaxşı printer istehsalçısı öz printer ilə Bakı şəhərinin modelini çap edəcək. Konfransın demo-məkanında olan hər kəs çap prosesini və onun nəticələrini görə biləcək.

Mak.az