Vakansiya: Marketinq və İctimaiyyətlə Əlaqələr (PR) üzrə mütəxəssis


“PAŞA Sığorta” ASC namizədləri “Marketinq və İctimaiyyətlə Əlaqələr (PR) üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Marketinq üzrə ödənişlərin vaxtında ödənilməsinə və müqavilələrin yenilənməsinə görə məsuliyyət daşıyır; 
• Kampaniyanin konsepsiyasının, korporativ kreativin və korporativ atributikasının yaradılması prosesində iştirak edir, onların dəstəyinə görə məsuliyyət daşıyır;
• Şirkətin marketinq və İƏ üzrə materialların hazırlanması prosesində iştirak edir və onların kütləvi informasiya vasitələrində keyfiyyətli və vaxtında yerləşdirilməsinə görə məsuliyyət daşıyır; 
• Media proyektlərində iştirak edir (çarxların çəkilməsi, sosial və pilot layihələr) və onların kütləvi informasiya vasitələrində keyfiyyətli və vaxtında yerləşdirilməsinə görə məsuliyyət daşıyır; 
• Şirkətin illik marketinq planına uyğun olaraq İƏ üzrə aksiyaların (sərgilər daxil olmaqla) təşkilatında və keçirilməsində iştirak edir;
• Birbaşa menecerin rəhbərliyi altında korporativ saytın yenilənməsinə nəzarət edir; 
• Marketinq və İƏ üzrə layihələrinin icrası çərçivəsində təchizatçılarla iş aparır və sifarişin vaxtında yerləşdirilməsinə görə məsuliyyət daşıyır və müəyyən olunmuş qrafik (çöl reklamı, kreativ) çərçivəsində sifarişlərin keyfiyyətli icrasına nəzarət edir; 
• Customer Relationship Management proqramı çərçivəsində VIP müştərilərin Ad günlərinə, Bayramlara və digər tədbirlərə birbaşa menecerin razılığı ilə müvafiq hədiyyələrin alınmasını həyata keçirir, onların çatdırılmasını təşkil edir, həmçinin onların vaxtında alınmasına nəzarət edir;
• Şirkətin Korporativ Müştərilərinin siyahısını hazırlayır (lazım gəldikdə yeniləyir); 
• İnzibati İdarəetmə Departamenti ilə əməkdaşlıq çərçivəsində şirkətin ofis avadanlıqlarının korporativ atributikasının təşkilinə, işgüzar sənədlərin rəsmiləşdirilməsinə, xidməti avtomobillərinin və binanın xarici elemetlərin yenilənməsinə nəzarət edir;
• Bazar göstəricilərinin analizində iştirak edir; 
• Müştəri bazasının analizində iştirak edir;
• Bazar araşdırmalarında iştirak edir; 
• Araşdırma nəticələri üzrə hesabatların və digər analitik materialların hazırlanmasında iştirak edir; 
• Marketinq və İƏ Departamentinin rəhbəri tərəfindən təqdim olunan digər tapşırıqları yerinə yetirir.

Bilik və bacarıqlar:

• İqtisadiyyat və ya marketinq sahəsində ali təhsil; 
• Oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
• Təşəbbüskarlıq, yazılı və şifahi ünsiyyət qurma bacarığı, məsuliyyətlilik;
• İş prosesində innovasiyaları tətbiq etmə bacarığı;
• MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
• Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilinin iş səviyyəsində bilməli.

Son müraciət tarixi: 10 fevral, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.